İlham Əliyevlə Paşinyan növbəti dəfə Vyanda görüşəcək

İlham Əliyevlə Paşinyan növbəti dəfə Vyanda görüşəcək
27 Mart 2019
Mətni dəyiş

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin martın 27-də yaydığı məlumatda bildirilir.

Məlumatda görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacağı vurğulanır.

XİN bildirir ki, bu görüşün martın 29-da Avstriyanın paytaxtı Vyana şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Bundan öncə isə, ATƏT-in Minsk qrupunun həmsədrləri iki liderin danışıqlarının təşkili üzərində işlədiklərini demişdilər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun