"Hər kəsin xoşuna gəlməyə çalışma!" - Fitsceraldın 12 yaşındakı qızına tövsiyələri

"Hər kəsin xoşuna gəlməyə çalışma!" - Fitsceraldın 12 yaşındakı qızına tövsiyələri
27 Mart 2019
Mətni dəyiş

Frensis Skott Fitscerald Frensis Skotti Fitscerald adlandırdıqları qızını çox sevirdi. Anası ümid edirdi ki, Skotti böyüyüb "gözəl bir şıltaq qız" olacaq, atası isə buna qəti qarşı idi. Məktublarından birində o qızına ətraflı yaşam təlimatı verir. 

Onu da qeyd edək ki, qızı heç vaxt anasının gözləntilərini doğrultmur. O, yazıçı, jurnalist olur, "Washington Post" və "The New Yorker" üçün yazılar yazır, həmçinin ABŞ Demokrat Partiyasının görkəmli üzvü olur.

Ədalət naminə bildirək ki, onun şəxsi həyatı baş tutmayıb – hər iki nikahı boşanma ilə nəticələnib və böyük oğlu 27 yaşında intihar edib.

Beləliklə siz qərar verin o, kimin məsləhətini dinləsəydi daha yaxşı olardı. Onu çox sevən atası 12 yaşlı qızına həyatda nəyin vacib olduğuna və xoşbəxtliyin mövcud olmadığına dair məktub yazıb.

'Abzas' məktubun tərcüməsini təqdim edir.

Frensis Skott Fitscerald – Skotti, Touson, Merilənd, 8 avqust 1933.

Sevimli cücəm, mən sənin etməli olduğun hər şeyi etməyinə çox ciddi nəzarət edəcəyəm. Xahiş edirəm, fransız dilində nə oxuduğunu mənə yazasan.

Sənin özünü çox xoşbəxt hiss etməyinə sevindim, amma bilirsən ki, mən xoşbəxtliyə o qədər də inanmıram, bədbəxtliyə də həmçinin. Bunların hər ikisi yalnız seriallarda, filmdə və kitablarda baş verir, həyatda isə bunların heç biri yoxdur.

Mən ona inanıram ki, insan layiq olduğu həyatı yaşayır (istedadına və keyfiyyətlərinə görə), lazım olanı etmədikdə isə bunun cəzasını çəkməlisən, həm də ikiqatını.

Əgər düşərgədə kitabxana varsa, xanım Taysondan Şekspirin sonetlərini tapmağı xahiş et və aşağıdakı sətirləri oxu:

Korlanmış qızılgül, zəhərlənmiş zanbaqdansa,

Qanqal bizə daha əziz və şirindir.

Bugün bütün gün heç bir şey haqqında düşünməmişəm, yalnız səhərdən axşama qədər "Saturday Evening Post" üçün hekayə yazmışam.

Səni düşünürəm və bu mənə özümü yaxşı hiss etdirir.

Qoy düşərgədən hesabı mənə göndərsinlər, ödəyəcəyəm.

Beləliklə, sənin səfeh atanın məsləhətləri.

Nəyə nail olmaq lazımdır:

- cəsarətli olmağa çalış,

- dürüst,

- çox çalışa bilən ol,

- at belində möhkəm dayanmağı bacar,

- və s ..

Nəyə nail olmaq lazım deyil:

- hamının xoşuna gəlməyə çalışma,

- keçmişi düşünmə,

- gələcək barədə də həmçinin,

- və böyüyəndə sənə nə olacağı haqda da,

- və kiminsə səndən üstün olacağını da,

- və uğurların haqqında,

- və həmçinin uğursuzluqların haqqında da, əgər onlar sənin səhvin ucbatından baş vermirsə,

- və ağcaqanadların dişləməsini,

- həmçinin milçəkləri,

- və digər həşəratları,

- valideynlərin haqqında düşünmə,

- həmçinin oğlanlar,

- və xəyal qırıqlıqların haqqında,

- və həm də sevinclərin

 - və ya yalnız xoş duyğuların haqqında.

Nə haqqında düşünmək lazımdır:

 - mən həyatda nəyə nail olmaq istəyirəm

 - başqalarından daha yaxşı və ya pisəm.

a) təhsil haqqında,

b) insanları anlamaq və onlarla yaxşı münasibətdə olmağı bacarmaq,

c) öz bədəninə sahib olmaq bacarığı haqqında.

Səni sevirəm.

Atan.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun