Dünyaca məşhur online film platforması Netflix ədəbiyyat üzrə Nobel mükafatı almış Kolumbiya yazıçısı Qabrile Qarsiya Markezin şedevr əsəri olan "Yüzilin tənhalığı" əsərini ekranlaşdırmağa qərar verib.
Kolumbiya yazıçısının adı çəkilən romanı 1967-ci ildə çap olunub və bütün dünyada 50 milyon nüsxədən çox satılıb. Əsərin populyarlığını nəzərə alan Netflix şirkəti romanı teleserial şəklində çəkməyə qərar verib və filmin çəkişilərinə hazırlıq artıq başlanıb.
Teleserial "One Hundred Years of Solitude" adlandırılıacaq və ispanca çəkiləcək. Filmin çəkiliş yeri kimi isə Markezin vətəni Kolumbiya seçilib. Maraqlısı odur ki, Markesin oğlanları
Rodriqo Qarsiya və
Qonzalo Qarsiya Barça da filmin ərsəyə gəlməsindən iştirak edəcəklər.
Rodrigo Qarsiya deyib ki, atasının kitabını filmləşdirmək üçün illər ərzində xeyli təkliflər alıb, ancaq kitabdakı hadisələrin həcmi geniş olduğu və ispancadan başqa bir dildə orijinallığını itirəcəyini düşündüyü üçün indiyədək edilən təkliflərə müsbət baxmayıb. Qarsiyanın dediyinə görə Netflix onların tələblərinin hamısına cavab verdiyi üçün təklifə razı olublar.
Xatırladaq ki, ədəbiyyatda maqik realizmin ən parlaq nümayəndələrindən olan Markes 2014-cü ildə dünyasını dəyişib. Onun "Yüz ilin tənhalığı" romanınıda José Arcadio Buendía bir yuxu gördükdən sonra Makando adlı bir qəsəbə yaratmağa başlayır və əsərdə Buendia ailəsinin yeddi nəslinin əhvalatından bəhs olunur.