Smartfon asılılığı narkomaniyadır, ancaq ondan qurtulmaq mümkündür

Smartfon asılılığı narkomaniyadır, ancaq ondan qurtulmaq mümkündür
27 Fevral 2019
Mətni dəyiş

"Bloomberg" beynəlxalq xəbər agentliyinin köşə yazarı Leonid Bershidsky-nin müasir dövrün xəstəliyi olan smartfon və sosial şəbəkə asılılığı və şəxsi nümunəsində ondan necə qurtulması haqqında köşə yazısını təqdim edirik.

Mən smartfon asılılığına necə qalib gəldim

[caption id="attachment_74955" align="alignright" width="309"] Leonid Bershidsky[/caption]

Narkomaniya və depressiya barəsində araşdırma aparanların çoxu adətən tədqiqatları üçün obyekt olaraq tələbələri seçirlər. Ancaq bu problem təkcə müasir dövrün “gəncləri”nin problemi deyil.

Mən 45 yaşlı  keçmiş narkomanam. Artıq iki aydır ki, sosial şəbəkələrlə bağlı proqramları telefonumdan silmişəm, üç aydır da Facebook-da status yazmıram və iki aydır smartfonuma gələn bütün bildirişləri söndürmüşəm.

Bu cürə detoksasiya proqramına başlamazdan əvvəl hər saat telefonumu beş dəfə əlimə alıb yoxlayırdım. Bu orta statistik millenial (1981-ci ildə başlayaraq dünyaya gələn və texnologiyaya xüsusi maraq duyan nəsil) insanının nəticələrindən iki dəfə və ABŞ-da yaşayan mən yaşda insanlarınkından üç dəfə çoxdur. İndi telefona cəmi saatda bir dəfə baxıram.

Mənə elə gəlir ki, bu smartfon narkotikasına işim ucbatından qurşanmağa başlamışam. 80-ci illərin sonu reportyor işləyərkən xəbər tapmaq üçün ayağımıza, diktafona və yazını yazmaq üçün makinəyə ehtiyacımız vardı. Elektron poçt, internet, axtarış sistemi, sosial şəbəkələr və mobil telefonlar çıxandan sonra bu iş ağlagəlməz dərəcədə asanlaşdı.

Mən hadisələrin inkişafını Facebook-da dostlarımın və bir neçə səhifənin vasitəsilə izləyirdim. Ukraynada siyasətçilər Facebook-a o qədər bağlanmışdılar ki, onlarla danışmağın mənası qalmamışdı, onlardan hər şeyi Facebook vasitəsilə öyrənmək olurdu.

ABŞ-da isə yüksək səviyyəli siyasi müzakirələr Twitter-də aparılırdı. Çox şeyə görə mən Twitter-in yerli rəhbərliyinə özümü borclu hiss edirəm. Özüm-özümə inandırmışdım ki, bütün sosial şəbəkələrdə özümə hesablar açmaq işim üçün lazımlıdır, amma bu absurd idi: çünki sosial şəbəkələrdə olan məlumatların böyük hissəsi, jurnalist kimi mənimçün faydasız idi.

Mən rahat narkotik dumanın içində qeyb olmuşdum, bunun psixotrop maddələrin verdiyi eyforiyadan nə ilə fərqləndiyini deməyə çətinlik çəkirəm. Məşhur fransız yazıçısı Jan Kokto özünün həşiş asılılığından qurtulması zamanı gündəliyində yazdığı bir ifadəsi yadıma gəlir: “Komfort öldürür, diskomfort yaradır”.

[caption id="attachment_74956" align="alignleft" width="316"] Fransız yazıçısı Jan Kokto uzun illər həşiş, kokain və alkoloq asılılığından əziyyət çəkib.[/caption]

Beləliklə, asılılıq yaradan maddələri tərgitməyə çalışan bir adam kimi, diskomfortu öz-özlüyümdə yaşamağa başladım. Məhz o zaman Facebook və Twitter-dən qurtulmağa çalışdım. Telefonumda olan bu iki proqram vaxtımın böyük hissəsini udurdu. Bunu telefonumun batareyasının nəyə nə qədər enerji sərf etməsi haqda məlumatlarla tanış olandan sonra yəqinləşdirdim.

İlk günlər bu yoxluğu çox kəskin hiss etdim, hər iki saytı öz proqramlarından yox telefondakı brauzerdən yoxlamaq işgəncə kimi gəlirdi. Bu mənə çətinlik yaratdığı üçün telefondan az-az istifadə etməyə qərar verdim. Di gəl ki, ilk bir neçə həftədə Facebook-dan tamamilə qurtulmaq mümkünsüz kimi görünürdü. “Fürsəti əldən çıxartmaq sindromu” daha bir neçə gün səhərlərimi darıxdırıcı hala gətirmişdi, ancaq özümü tormozlamağa məcbur elədim.

Jan Kokto həşişdən yaxa qurtarandan sonra, alkoqol və kokain asılılığını ömrünün axırına qədər davam etdirib. Mən Twitter-ə aradabir girib orada qurdalanmağa davam edirdim, lakin orda adamlarla az-az mübahisə etdiyimin fərqinə varmışdım. Çünki, bu çox vaxtımı alır və emosional tükənmişlik hissi yaradırdı. Bu gün mən Twitter-ə gündə ən çoxu yarım saat vaxt sərf edirəm. İşim üçün bu qədər vaxt tam bəhs edir.

Araşdırmalara görə, biz hər gün smartfonumuza 2,5 min dəfə toxunuruq, hansısa səhifəni sürüşdürürük. Bu, sevgilimizə toxunduğumuzdan 100 dəfə çoxdur. Bunun səbəbi odur ki, telefon daim bizə bildirişlər yollayaraq diqqətimizi tələb edir. Hər dəfə bunu edəndə bildiriş gələn saytda nəsə dəyişmiş olur, hər dəfə saytlara quraşdırılmış süni intellekt sistemləri bizə lazım ola biləcəyini düşündüyü hansısa informasiyanı tapıb önümüzə gətirir.

Bildirişlər açıq-aydın gün üzünə çıxan kommersiya məqsədinin bir parçasıdır. Biz telefonu əlimizə alıb oynadan kimi daha çox reklam görməyə, daha çox şey almağa, daha çox şeylə maraqlanmağa başlayırıq.

İdarəetməni öz əlimizə almaq kifayət qədər asan işdir. Mən telefonumu götürüb, mənə bildiriş yollayan 112 proqramın hər birinin bildirişlərini dayandırdım. İndi mən ancaq və ancaq şəxsi elektron poçtlarımı və iki proqramdan mənə yollanılan mesajları yoxlayıram. Bu o deməkdir ki, dostlarım əvvəlkinə nisbətən mənim cavabımı bir az çox gözləməli olacaqlar. Qərarlarımı telefonumdakı proqramlar deyil, özüm verməyə başladım.

[caption id="attachment_74957" align="alignright" width="428"] Jan Koktonun həşişi tərgitmək üçün apardığı mübarizəsi haqda yazdığı essesi.[/caption]

Maraqlısı odur ki, dostlarım bu şeyi heç hiss etmədilər belə, ən azından bu haqda kimsə nəsə demədi mənə. Biz təxirəsalınmaz kommunikasiyanın gərəkliliyi nəzəriyyəsinə lazımından çox ciddi qarşılayırıq. Bəlkə də bu cəhət uşaqlarımız üçün yaddır, çünki onlar sosial şəbəkələrə bizdən daha çox bağlıdırlar, ancaq yaşlı nəsil gözləməyi bacarır.

Sağalmış narkomanlar bilir ki, tamamilə sağalmaq mümkünsüzdür. Siz sevimli maddənizi istifadə etməsəniz də, uzun müddət onlar üçün darıxırsınız. Kokto həşiş haqda essesinin sonunda yüngülcə paxıllıq hissiylə yazır ki, bəlkə “gənc nəsil” nə zamansa “həşişdən istifadə etmək, amma ondan asılı olmamaq” üsulunu kəşf edəcəklər. Hələlik, narkotikadan tam qurtulmaq mümkün olmasa da, smartfonla münasibətdə bu tam mümkündür.

Ağıllı telefonum üzərində hakimiyyətimi bərpa edən kimi növbəti addımlarımı atmağa hazıram. Mənim növbəti addımın elektron kitab “kindle”ni, onun içindəki brauzerə girmədən istifadə etmək olacaq. Oxumaq sürətimi artırmağı hədəfləmişəm.

Fransanın cənubuna, sürətli internet olmayan bir yerə məcburi tətilə yollanmağım məni bu hədəfimə daha da yaxınlaşdırdı. Əgər Kokto həşiş asılılığından qurtula bilibsə, deməli biz də bunu bacararıq.

Tərcümə: Abzas.org

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun