REAL vətəndaşlara və seçki komissiyalarına çağırış edib

REAL vətəndaşlara və seçki komissiyalarına çağırış edib
12 Fevral 2019
Mətni dəyiş

Respublikaçı Alternativ Partiyası vətəndaşlara və seçki komissiyalarına çağırış edib. 

Mərkəzi Seçki Komissiyası ölkəboyu seçici siyahılarının dəqiqləşdiriməsinə başladığını elan edib.

Seçici siyahılarının dəqiqləşdirilməsi və nəticə etibarilə səsvermə hüququ olan vətəndaşların seçici siyahılarına daxil edilməsi azad və ədalətli seçkilərin təşkili üçün ilkin şərtlərdən biridir.

Respublikaçı Alternativ (REAL), bütün seçki komissiyalarını siyahı hazırlanmasında aşağıdakı vəzifələrə xüsusi diqqət ayırmağa çağırır:

- əvvəlki seçkilərdə adları siyahıda olmayan vətəndaşların müəyyən edərək siyahılara daxil edilməsi; - vəfat etmiş seçicilərin adlarının siyahıdan çıxarılması; - bir seçicinin bir neçə dairə ya da məntəqədə siyahıya daxil edilməməsi.

Respublikaçı Alternativ ölkə vətəndaşlarına da müraciət edərək, adlarının seçici siyahısında olmasını təmin etmək üçün qanunla nəzərdə tutulan vasitələrdən istifadə etməyə çağırır.

Partiya bildirib ki, bu işdə məlumat və istənilən texniki dəstək verməyə hazırdırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun