Qarabağla bağlı mitinqə icazə verilmədi

Qarabağla bağlı mitinqə icazə verilmədi
12 Fevral 2019
Mətni dəyiş

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin fevralın 16-a elan etdiyi mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin təşkilatçılarına göndərdiyi məktubda bildirilir.

Məktubda deyilir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunması, torpaqların qanuni yolla azad edilməsi üçün ali baş komandan, prezident İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda zəruri addımlar atır.

"Münaqişə ilə bağlı bütün danışıqlar şəffaf, dövlətimizin milli maraqlarına və xalqımızım milli mənafeyinə uyğun aparılır, atılan addımlar KİV-lərdə mütəmadi olaraq işıqlandırılır", - Bakı Şəhər İcra Hakimiyyətiinin cavab məktubunda deyilir.

Qarabağ Komitəsinin sədri İlham İsmayıl "Amerikanın səsi"nə bildirib ki, komitə fevralın 13-də keçiriləcək ümumi toplantısında Bakı Şəhər İcra Hakimiyyətinin cavabına münasibət bildirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun