Məmməd İbrahim: 'Daha çox və kəskin tənqid edəcəyəm' [yenilənib]

Məmməd İbrahim: 'Daha çox və kəskin tənqid edəcəyəm' [yenilənib]
13 Fevral 2019
Mətni dəyiş

Həbsdən azad edilən Məmməd İbrahim evində jurnalistlərlə söhbət edib, suallara cavab verib. 

Siyasətçideyib ki, belə hadisələri hökumət dünyaya "demokratiyaya doğru bir addım" kimi təqdim etmək istəyir. O, bildirib ki, məhkəmədən bəraət gözləyirdi, çünki heç bir cinayət törətməyib.

Məmməd İbrahim AXCP-də siyasi fəaliyyətimi davam etdirəcəyini bildirib.

"Daha çox və kəskin tənqid edəcəyəm (hakimiyyəti). Biz bütün siyasi məhbusların azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyik".

Siyasətçinin sözlərinə görə, həbsxanada çoxlu şərlənmiş adamlar var. Deyir ki, 37-ci ildə hətta belə olmayıb.

"İndi heç insanların cibindən nəsə çıxarmırlar, tutub aparıb açıq-açığına onların qabağına qoyurlar ki, bu sənindir."

Keçmiş siyasi məhbus həbsxanada necə xəbər əldə etmələrindən də danışıb. Bildirib ki, xəbərləri AzTV-dən alıb tərsinə fikirləşirdilər.

O, bildirib ki, hakimiyyət tərəfindən ölkədə "yumşalma" getdiyini hiss edir və mart ayında da həbsdən azad edilən siyasi məhbuslar olacaq.

"Avropa Parlamentinin qətnaməsindən sonra hökumətin göstərmək istədiyi müsbət addımlardandır. Yəni, iş görürük, siyasi məhbusları azad edirik. Ümid edirəm ki, beynəlxalq təşkilatlar, insan haqları cəmiyyətləri 3-5 nəfərin azadlığa çıxmasını yetərli saymayacaq."

M.İbrahim qeyd edib ki, onun siyasi mübarizəsi Azərbaycanda demokratik dəyərlər bərqərar olana qədər davam edəcək.

*** 11:28

Məmməd İbrahim azadlıq buraxıldı

AXCP Rəyasət Heyətinin üzvü, üç ildən çoxdur həbsdə olan Məmməd İbrahim azadlığa buraxılıb.

Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi məhkum edilməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmündən verilən apelyasiya şikayətinə baxıb.

[caption id="attachment_74107" align="aligncenter" width="960"] Məmməd İbrahim və oğlu Turan İbrahim[/caption]

Müdafiə tərəfi bəraət istəsə də, şikayət qismən təmin olunub. Belə ki, Məmməd İbrahimə təyin olunmuş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olunub və o, həbsdən azad edilib.

Məmməd İbrahimin vəkili Cavad Cavadov bəraət alınması üçün hüquqi müdafiə addımlarını davam etdirəcəyini deyib.

Məmməd İbrahim Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyilə çıxarılan hökmə əsasən, Cinayət Məcəlləsinin 317-1.2 (həbs yerlərində saxlanan şəxsin qadağan olunmuş əşyalar hazırlaması, gizlətməsi, istifadə etməsi) maddəsilə təqsirli bilinərək, 5 ay 20 gün azadlıqdan məhrum edilmişdi.

Yatağındakı döşəkdən kəsici alət tapılması iddiası əsasında bu cinayət işi onun əvvəlki üç illik cəzasını başa vurub həbsdən çıxmasına iki gün qalmış başlanmışdı. Hakim həmin iki günü də əlavə edərək, M.İbrahimə qəti olaraq, 5 ay 22 günlük cəza təyin etmişdib. Bu cəzanın çəkilmə müddəti 28 sentyabrdan hesablanırdı.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun