Yaponiyanın Honda şirkəti ilk elektrikli sərnişin maşını "e Prototype"-ı təqdim edib. Yeni maşın bu il Cenevrədə keçiriləcək "Geneva Motor Show" sərgisində nümayiş etdiriləcək.
"e Prototype" xüsusi konstruksiya olunmuş, arxa ötürücülü maşındır. Maşın elektromotor və batareya bloku ilə təchiz olunub. Hələlik, batareyanın həcmi haqda məlumat yoxdur.
Bu elektrikli maşının bir dəfə dolu batareya ilə qət etdiyi məsafə 200 km-ə qədərdir. Batareyanın 80 faiz elektriklə doldurulması üçün isə cəmi 30 dəqiqə bəs edir.
Honda şirkətinin "Electric Vision" adlı strateji planına görə şirkət 2025-ci ilə qədər Avropada satacağı maşınların üçdə ikisinin ya hibrit, ya da tam elektrikli motorla təchiz olmasına çalışacaq, şirkət həmçinin hidrogen yanacağı ilə işləyən maşınlar üzərində də düşünür.
[caption id="attachment_75028" align="aligncenter" width="790"] Honda "e Prototype" maşınının iç interyeri.[/caption]"e Prototype" maşını təkcə elektrikli motoru ilə yox, həm də modern texnoloji yeniliklərlə təmin olunmasıyla fərqlənir.
Belə ki, maşının yan güzgüləri yerinə kameradan istifadə olunacaq, yan şüşələr isə panorama görünüşlü olacaq, faralarda LED işıqlar quraşdırılacaq.
Maşının şitinə beş displey quraşdırılacaq ki, burda əyləncə və musiqi sistemi əlavə olunacaq.