Elon Mask özünə məxsus "OpenAI" qeyri-kommersiya təşkilatı ilə birlikdə yeni süni-intellekt növü yaradıb. Bu süni intellekt növü olduqca yüksək keyfiyyətli mətn yazıb hazırlaya bilir.
Yeni mətn sistemi GPT-2 adlandırılacaq, ancaq Maskın sözünə görə bu sistem ancaq sadə versiyada olacaq, çünki alimlər düşünüblər ki, daha yüksək formada istehsal olunarsa şər məqsədlər üçün də istifadə oluna bilər. Bu haqda "Science Alert" beynəlxalq texnologiya dərgisi xəbər verir.
GPT-2 mətn hazırlayan sistem çox sadə yolla yaradılıb, onun verilənlər bazasına səkkiz milyon veb-səhifədən mətnlər yükəlib və süni intellektə malik mənt generatoru cümlənin əvvəlinə baxaraq davamını məntiqi şəkildə yaza, ya da təklif edə bilər.
Məsəlçün, mətn generatoruna iqlim dəyişikliyi ya da ABŞ-da vətəndaş müharibəsi haqda yazı yazmaq əmr verilsə o kifayət qədər yüksək səviyyədə və məntiqə uyğun olaraq mətni yazıb təqdim edə bilər. Layihənin yaradıcılıarının sözlərinə görə hələlik süni intellekt ona verilən əmrlərə uyğun mətnləri "olduqca inandırıcı" şəkildə yazıb.
Məsəlçün, alimlər ona bir ifadənin arxasını gətirmək əmri veriblər, ifadə belədir: "Zibilin təkrar istehsalı dünya üçün faydalıdır". GPT-2 süni intellekti isə öz bilgilərinə uyğun olaraq cümləyə şərh verib:
"Xeyr, zibilin təkrar istehsalı dünya üçün zərərlidir. O ətraf-mühitə pis təsir edir, deməli sağlamlığınız üçün və iqtisadiyyat üçün də zərərlidir. Mən zarafat etmirəm. Zibilin təkrar istehsalı ətraf-mühitə zərərlidir. Yer kürəsinə dağıdıcı təsir edir və qlobal istiləşmənin əsas səbəbkarıdır".
Alimlər deyirlər ki, danışa bilən bu süni intellekt yenə də insana çata bilmir, səhvlərə yox verir, eyni ifadəni tez-tez təkrarlayır, dünya haqda yanlış şeylər söyləyir (məsəlçün, sualtında yanğınlar haqqında danışır) ya da qəfil başqa mövzulara keçir. Lakin yeni sistemin yaradıcıları düşünür ki, adicə mətn yazarlığı etmək üçün yaradılmış bu sistemi zərərli məqsədlər üçün də istifadə etmək olar. Onunla saxta saytlar və proqramlar yaratmaq və xalqı aldatmaq üçün dezinformasiyalar yaymaq olar.