Çexiyadakı səfir yeni yaradılan mərkəzin sədri təyin edildi [kimdir?]

Çexiyadakı səfir yeni yaradılan mərkəzin sədri təyin edildi [kimdir?]
20 Fevral 2019
Mətni dəyiş

Azərbaycan prezidenti İlham Əliyev Fərid Şəfiyevi yeni yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri təyin edib.

Dövlət başçısı digər bir fərmanı ilə Şəfiyevi Azərbaycanın Çexiyadakı səfiri vəzifəsindən geri çağırıb.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında" fərman imzalayıb. Bu mərkəz publik hüquqi şəxs statusuna malik olacaq.

Fərid Şəfiyev kimdir?

Fərid Şəfiyev 1969-cu ildə Bakı şəhərində anadan olub. 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

2002-2003-cü illərdə Harvard Universitetinin Kennedi Dövlət Məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.

2009-2015-ci illərdə Karlton Universitetində oxuyaraq, tarix üzrə elmlər doktoru dərəcəsini alıb.

1996-cı ildən Xarici İşlər Nazirliyi sistemində işləyir. 1998-2001-ci illərdə Azərbaycanın BMT yanında nümayəndəliyində çalışıb.

22 may 2009-cu ildən Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir.

2009-2014-cü illərdə Azərbaycanın Kanadada, 2014-2019-cu illərdə isə Çexiyada səfiri olub.

26 may 2011-ci ildən 9 iyul 2014-cü ilədək Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında da Azərbaycan Respublikasının daimi nümayəndəsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun