ABŞ bütün dünyada insan hüquqlarını pozanlara qarşı "amansız sanksiyalar" vəd edir

ABŞ bütün dünyada insan hüquqlarını pozanlara qarşı "amansız sanksiyalar" vəd edir
27 Fevral 2019
Mətni dəyiş

"ABŞ hökuməti bütün dünyada insan hüquqlarının pozulması və korrupsiya faktlarına qarşı mübarizə məqsədilə amansız sanksiyalara əl atmaq niyyətindədir".

Bu barədə çərşənbə axşamı ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi Turan-ın Amerikadakı müxbirinə məlumat verib.

"Bizim insan hüquqlarına qarşı mübarizə üçün çox sayda alətlərimiz var... Onların pozucular üçün ağır maliyyə nəticələri olacağı barədə təsirli xəbərdarlıqlar veririk. Onların ABŞ maliyyə sisteminə çıxışı bağlanacaq, aktivləri isə dondurulacaq. Onlar davranışlarını dəyişdirməsələr biz digər hökumətləri də sanksiyalara çağıracağıq".

Bu sözləri isə Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) direktoru Andrea Gaki Vaşinqtonda Atlantik Şurada çıxış edərkən bildirib.

Onun sözlərinə görə, OFAC-ın sanksiya proqramlarından "öz ölkələrinin sərvətlərini mənimsəyərək, vətəndaşları hesabına öz ciblərini dolduran korrupsiyaya uğramış siyasi liderlərin və onların ailələrinin cəzalandırılması" üçün istifadə olunur.

"Sanksiyalar təkcə ayrı-ayrı şəxslərə deyil, həm də onların əlaqələrinə şamil edilir, insan hüquqlarının pozulmasına və ya korrupsiyaya görə ağır cəzanı təmin edir"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun