Paşinyan beş keçmiş sovet ölkəsini Azərbaycana silah satmamağa çağırıb

Paşinyan beş keçmiş sovet ölkəsini Azərbaycana silah satmamağa çağırıb
28 Noyabr 2019
Mətni dəyiş
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində "KTMT"-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) növbəti sammitində iştirak edib. İclasa KTMT üzvləri olan Belaruz, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rusiya rəhbərləri işrak edib. O beş ölkə başçısıa Ermənsitanın son illər gəldiyi vəziyyət, Azərbaycanla münasibətlər və Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıb. Paşiyan deyib ki, Ermənistan "KTMT"-nin effektivliyi və beynəlxalq reputasiyasının yüksəldilməsinə qatqılarını edəcək. Paşinyan Qarabağ münaqişəsinin hərbi yolla nizamlanmasını tamamilə perespektivsiz üsul adlandırıb və sülh razılaşmalarının başqa heç bir alternativi olmadığını bildirib. O həmçinin Azərbaycanın daim hərbə can atmasının Ermənsitan və "KTMT" ölkələri üçün təhdid olduğunu dilə gətirib. "Məncə Cənubi Qafqazda yeni müharibə ocaqlarını qızışması faciəvi nəticələrə gətirəcək. Hərbi vəziyyət Suriyada tərki-silah olunmuş islan fundamentalistlərinin diqqətini bu regiona çəkə bilər" - deyə Paşinyan bildirib. Bumdan əlavə Paşinyan KTMT üzvlərini Qarabağda müharibənin yenidən qızışmaması üçün Azərbaycanın silah almaq istəklərini cavabsız qoymalı olduğunu da deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun