AXCP üzvü, siyasi məhbus Asif Yusifli azadlığa çıxıb

AXCP üzvü, siyasi məhbus Asif Yusifli azadlığa çıxıb
25 Noyabr 2019
Mətni dəyiş
Noyabrın 25-də AXCP Rəyasət Heyətinin üzvü, I Qarabağ müharibəsi əlili Asif Yusiflinin həbs müddəti başa çatıb və o, azad olunub. Asif Yusifli Meydan TV-yə deyib ki, 5 illik həbs müddətini normal keçirib, xüsusi olaraq incidilməyib: “Ötən 5 ildə idmanla məşğul olur, kitab oxuyur, vaxtımı səmərəli keçitrməyə çalışırdım. Həbsxana elə bir yerdir ki, istər-istəməz itirirsən, ancaq iki şey qazanırsan: elm və sağlamlıq. Həbs olunanda ağır durumdaydım, ayağımda 40 tikiş vardı. İndi yaxşıyam, millətimə xidmət edəcəyəm”. Asif Yusufli həbs olunarkən hüquqlarının ardıcıl olaraq pozulduğunu də bildirib: “Həbsdə əlilliyim ikinci qrupa dəyişdirildi, mən birinci qrup idim, bu, hüquqlarımın pozulması idi”. Asif Yusifli ona verilən ittihamların saxta və qurama olduğunu deyib: “Bu, mənim siyasi fəaliyyətimlə, AXCP və Milli Şuranın apardığı siyasi xətlə bağlıydı. Ümumiyyətlə, 2014-cü ildə başlanan həbslər hakimiyyətin 1 il sonrakı parlament seçkilərinə hazırlığı idi”. Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilib və 7 il azadlıqdan məhrum edilib. 2016-cı ilin mayında Ali Məhkəmə Asif Yusiflinin həbs müddətini 1,5 il azaldıb. Asif Yusifli ittihamı qəbul etməyib və həbsdə saxlanmasını sifariş sayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun