Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib

Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib
28 Oktyabr 2019
Mətni dəyiş
Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII sammiti dörd əsas sənədin qəbulu ilə başa çatıb. Əsasən Bakı yekun sənədi, Bakı siyasi bəyannamə, Fələstin bəyannaməsi və Azərbaycan hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədi qəbul edilib. Sənədlərin məzmununun yaxın vaxtlarda dərc ediləcəyi bildirilib. Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin Twitter mikrobloqunda yazıb. PA rəsmisinin sözlərinə görə, Bakı yekun sənədində  120 ölkənin dövlət və hökumət başçıları ərazilərin güc yolu ilə zəbt edilməsinin  yolverilməzliyini vurğulayıblar və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini bəyan ediblər. İşğal faktı beynəlxalq birlik tərəfindən bir daha təsdiqlənib. Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi Bakı siyasi bəyannaməsində və Azərbaycan hökumətinə və xalqına təşəkkür və həmrəylik sənədində də təsdiqlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun