3 Oktyabr 2019
Mətni dəyiş
Qazaxıstanlı arxeoloqlar ölkənin şimal hissəsində orta əsrlərdə mövcud olmuş qüdrətli Qızıl Orda dövlətinin dövlət xadimlərinin birinin ailə sərdabəsini tapıblar. Sərdabə XIV əsrə aiddir.
Şimali-Qazaxıstan vilayətinin administrasiyasının rəhbəri Kumar Aksakalov deyib ki, sərdabə Ualixanovski rayonunda tapılıb.
Arxeoloqların fikrincə sərdabədə Qızıl Orda dövlətinin xadimi olmuş Joşı xanın sülaləsindən olan bir ailə dəfn olunub. Sərdabədə qızıl-zinət əşyaları, dulus sobalarında bişirilmiş saxsı qablar tapılıb.
Aksakalov əlavə edib ki, həmin tapıntı qazax alim, akademik Alkey Maqrulanın şimali Qazaxıstan ərazisində qədimdə yaşadığı və şəhər mədəniyyətinin olduğu ilə bağlı hipotezini təsdiqləyir.