Prezidentin köməkçisi baş nazir olur: Əli Əsədov kimdir?

Prezidentin köməkçisi baş nazir olur: Əli Əsədov kimdir?
8 Oktyabr 2019
Mətni dəyiş

Bu gün, oktyabrın 8-də Milli Məclisin iclasında Əli Əsədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacağı gözlənir.

Bu barədə Milli Məclisin saytı məlumat yayıb. Məlumata görə, ümumilikdə parlamentin gündəliyinə 14 məsələ daxil edilib.

Azərbaycanın hazırkı Baş naziri Novruz Məmmədov ötən il aprelin 21-dən bu postdadır.

Ə.Əsədov hazırda prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini işləyir.

Əli Əsədov kimdir

Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində doğulub. 1978-ci ildə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb. 1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi kimi çalışıb.

1989-1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində işləyib.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Milli Məclisinin deputatı olub.

1998-ci ildə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun