3 Oktyabr 2019
Mətni dəyiş
Kosmik uçuşlarla məşğul olan SpaceX şirkətinin yaradıcısı İlon Mask kosmik tədqiqatlara həsr olunmuş bir konfransda çıxış edərkən yadplanetlilərlə bağlı danışıb. O deyib ki, yadplanetlilərin olduğu haqda heç bir sübut yoxdur, ona görə də insanlar belə şeylərə inanmamalıdır.
Mask deyib ki, əgər həqiqətən də yadplanetlilər olsaydı mütləq hamıdan öncə onun xəbəri olardı, ancaq indiyə kimi onların mövcudluğu haqda heç bir fakt qeydə alınmayıb. Lakin, Mask yadplanetlilərin kainatın başqa bir yerində də mövcud ola biləcəyini inkar etməyib.
Mütəmadi kosmik tədqiqatları oxuduğunu deyən Mask mediada güya ABŞ-ın yadplanetlilər üzərində sınaqlar keçirdiyi "51-ci Zona" adlı bir yerin olduğu haqda yazılanların da gülünc cəfəngiyyat olduğunu bəyan edib.