Dünya

Çili də Maduronu tanımadı

1 dəqiqə
Çili də Maduronu tanımadı

Çili Nikolas Maduronun yeni prezidentlik müddətini tanımır və Venesuela ilə əlaqələri aşağı səviyyədə saxlayacaq. Bunu ölkənin xarici işlər naziri Roberto Ampuero deyib: "Bu gün Venesuelada demokratiya üçün qara gündür. Bu gün Maduro Venesuela demokratiyası üzərində bir məzar daşı ucaldıb".

Ampuero "Lima qrupu"nun Venesuela ilə bağlı qəbul etdiyi bəyanata bir daha sadiq olduğunu bildirib: "Çili hazırda olduğu kimi, Venesuela ilə münasibətləri aşağı səviyyədə saxlayacaq".

Daha əvvəl Peru Venesueladakı müvəqqəti işlər vəkilini geri çağırıb, həmçinin Paraqvay Venesuela ilə əlaqələri kəsdiyini bəyan edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun