Savalan dağında siyasi məhbuslara azadlıq tələbi-FOTO

Savalan dağında siyasi məhbuslara azadlıq tələbi-FOTO
22 Sentyabr 2018
Mətni dəyiş
Yeni dərs ili ərəfəsində İranda azərbaycanlı milli-mədəni fəallar Savalan dağı zirvəsinə çıxaraq azərbaycanlı siyasi məhbuslar və onların ailəsinə dəstək nümayiş etdiriblər. Savalan dağa çıxan fəalların əsas məqsədi siyasi məhbusların azadlığa buraxılmasıdır. Fəallar Savalan yüksəkliyində mühəndis Siyamək Mirzayi və Dr. Lətif Həsəni, həmçinin onların həyat yoldaşının şəkillərini əks etdirən banner qaldırıblar. Bannerdə Azərbaycan türkcəsində “Sevgi səni özgürcəsinə sevməkdir” sözü də yazılıb. Siyamək Mirzayi hazırda Tehranın Evin zindanında 3 illik həbs cəzasının 3-cü ilini, Lətif Həsəni isə Kərəcin Rəcayişəhr zindanında 9 illik həbs cəzasının 6-cı ilini keçirməkdədir. Fəallar Azərbaycan türklərinin demokratik və mədəni hüquqları, o cümlədən ana dilində təhsil hüququ uğrunda apardıqları dinc mübarizəyə görə qondarma ittihamlarla həbs edilib. Fəallar, Savalan zirvəsində soyuq və qarlı havanın hökm sürdüyü günlərdə belə bir tədbirə əl atıblar. Onların təqdirəlayiq hərəkəti azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun