“Onlar fakt qarşısında qoyulmalıdır”

“Onlar fakt qarşısında qoyulmalıdır”
22 Sentyabr 2018
Mətni dəyiş
“Əgər BMT- nin öz qətnamələrini yerinə yetirilmək üçün siyasi iradəsi yoxdursa bunu Azərbaycan etməlidir.” Bu sözləri Müsavat başqanı Arif Hacılı ABŞ prezidenti Donald Trampın “Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq”, fikrinə münasibət bildirərkən deyib. “Trampın Paşinyana Qarabağ mesajından sonra bir daha əmin olursan ki, Rəsulzadənin dahiliyinə heyran olmamaq mümkün deyil. Bakının işğaldan azad olunması haqqında demişdi ki, bu məsələdə nəinki şərtləri qəbul etmək, hətta şərtləri dinləmək olmaz. Bakı işğaldan azad edilməli və bütün maraqlı tərəflər baş vermiş fakt qarşısında qalmalıdır. Qarabağ probleminin həlli yolu da budur.” -Arif Hacılı özünün “facebook” səhifəsində yazıb. “Əgər BMT- nin öz qətnamələrini yerinə yetirilmək üçün siyasi iradəsi yoxdursa bunu Azərbaycan etməlidir. Rəsulzadənin dediyi kimi beynəlxalq hüquq normalarına qarşı olanlar baş vermiş fakt qarşısında qalmalıdır.” -Arif Hacılı bildirib. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Sputnik Ermənistan xəbər verir ki, məktubda ABŞ prezidenti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsında yeni imkanlar barədə ilginc anons verib.

“Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq ki, bu da Ermənistan – ABŞ əlaqələri üçün yeni variantlar yarada bilər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar münaqişəsinin uzunmüddətli sülh ilə həlli yollarının axtarışı üzrə sizinlə işləməyə hazırdır” — deyə Tramp məktubda bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun