Erməni əsilli şəxs hakimiyyətə lobbiçilik edirdi

Erməni əsilli şəxs hakimiyyətə lobbiçilik edirdi
1 Sentyabr 2018
Mətni dəyiş

Namizəd  Səfərov

İlham Əliyev nə birinci, nə ikinci, nə də üçüncü dəfə prezident kürsüsünə yiyələnərkən mən ona təbrik teleqramları göndərməmişəm. Bu təbriki ona,"Azərbaycanın Dostları Assambleyasının" prezidenti , ABŞ-da yaşayan, erməni əsilli türk vətəndaşı, törətdiyi çoxsaylı maxinasiya və dələduzluq əməllərinə görə, interpolun axtarışında olub, Yerevanda sığınacaq tapan Kamal Öksüz, 2013-cü ildə göndərib. Dünən, onun qollarına Yerevanda qandal vurub həbsə aldılar. Tezliklə ABŞ-a ekstradisiya olunacaq. Təbrikdə deyilirdi: --Hörmətli cənab Prezident, yenidən Prezident seçilməyiniz münasibətilə Sizi Azərbaycanın Dostları Assambleyası adından təbrik edirəm. Bu seçkilər Azərbaycan Respublikasında demokratiyanın inkişafı uğrunda növbəti mühüm mərhələ olmuşdur. Azərbaycan və ABŞ-ı birgə strateji maraqlar birləşdirir. Bir amerikalı kimi, Azərbaycanın ABŞ-ın Əfqanıstan və İraqda həyata keçirdiyi sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirirəm. ABŞ ilə Azərbaycan ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Azərbaycan bizim avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. ABŞ və avropalı müttəfiqlərimiz bu məsələdə Azərbaycanın liderliyini yüksək qiymətləndirir. Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirəm. Hörmətlə, Kamal Öksüz. ABŞ-da Azərbaycanın Dostları Assambleyasının prezidenti.--

-Bu həmən Kamal Öksüzdür ki, adını Azərbaycanın dostu qoyub Azərbaycandan göndərilən çirkli pullarla guya bizə lobbiçilik edirmiş. Əslində isə erməni əsilli bu şəxs hakimiyyətlə dostluq edib, Azərbaycan xalqına torba tikirmiş. Hakimiyyətin xalqımıza qarşı törətdiyi repressiya və işgəncələrə dünya səviyyəsində haqq qazandırmaqla məşğul imiş. Azərbaycan xalqının boğazından kəsilib, onun cibinə axan pullar hesabına. Görəsən bütün bu oyunlara görə hesab verməyin vaxtı nə zaman gələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun