Əfqan Muxtarlı ''Qafqazın qəhrəmanı'' seçilə bilər

Əfqan Muxtarlı ''Qafqazın qəhrəmanı'' seçilə bilər
26 Sentyabr 2018
Mətni dəyiş
Rusiya internet saytı bununla bağlı onlayn səsvermə keçirir Rusiyada fəaliyyət göstərən “Qafqazski uzel” saytı ənənəvi olaraq “Qafqazın qəhrəmanı” seçiləcək şəxsin müəyyən edilməsi üçün onlayn səsvermə keçirir. Bu il namizədliyi irəli sürülmüş yeddi nəfərin arasında, hazırda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı da var. Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib. Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Səsvermədə iştirak etmək istəyənlər bu linkə daxil ola bilərlər. Link: http://www.kavkaz-uzel.eu/forum/online_topics/5944

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun