Sərkisyan vasitəsilə Fətullayev bizə nömrə gəlməsin

Sərkisyan vasitəsilə Fətullayev bizə nömrə gəlməsin
25 Avqust 2018
Mətni dəyiş

Əli Əliyev

İndi də Eynulla Fətullayev Əli Hüseynovdan estafet çubuğunu götürüb, KTMT nın faydalarından danışır. Bu da erməni politoloqun dili ilə danışır. Guya, Suren Sarkisyan deyir ki, Azərbaycan təşkilata üzv olsa, münaqişənin qızışdığı halda, heç kəs qarışmayacaq. Hələ NATO-dan da misal gətirir. Yenə uğursuz. Kipr krizində NATO üzvlərinin əksəriyyəti fəal şəkildə yunanların müdafiəsinə qalxmışdılar. Ona görə də, Sərkisyan vasitəsilə Fətullayev bizə nömrə gəlməsin. Bu ümdə dərəcədə təhlükəli məsələyə münasibətdə gəldiyim nəticələri müzakirə etmək istəyirəm : -həqiqətənmi, belə taleyüklü məsələlər barədə tapşırıq alan şəxslər cəmiyyəti aldatdıqda, vicdan əzabı çəkmirlər. Axı belə strateji işlər fərdin, qrupun, partiyanın, hətta bütöv hakimiyyətin maraqlarından daha yuxarıda durur; -belə vacib məsələlər barədə niyə siyasi qüvvələr susur ; -insanlarımız nədən əhəmiyyətsiz yanaşırlar ordu problemlərinə. Ordu idarəçiliyinə rusları rəsmən soxduqdan sonra, Qarabağda təmizləmə işini necə aparacağıq? Adlarını çəkdiyim şəxslər məişətlərini təmin edirlər. Sabah onlar bu iqtidarla birlikdə gedəcəklər, tez də unudulacaqlar. Bəs sonra, bu rus ordusundan yaxamızı növbəti hakimiyyətlər necə qurtaracaq?

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun