Emil Salamoğlu
Olub, çox olub...Necdat Adalı asıldığı sübhün səhəri anası onu sağ bilirmiş, həbsxana qapısına yemək aparıb, Əhməd Qaya "beni burada arama anne oxumuşdu",
Olub, çox olub...Hüseyn Cavid sürgündə, Tofiq Yaqublu qara xəbəri alanda hücrəsində...olub, çox olub bu dünyanın dəhşətləri...
Sonra keçir, keçəcək, emosiyalar da soyuyacaq. Yorğunluq başlayacaq. Eminlə Mehmanın taleləri kimi...həyatın ən böyük günahı ananın dünyadan övlad həsrətiylə dərdli getməyidir.
Siz bu ölkədə ən böyük pislikləri edərək Bakını islam mədəniyyətinin paytaxtı eləmisiniz, siz islam həmrəyliyi oyunları keçirib ən böyük günahları etmisiniz - analar ağlar qoymusunuz. Götürməz bunu, götürməz...
Olub, çox olub...yenə olacaq, Rasim Əliyevin qudurğan futbolçunun qoçuları tərəfindən öldürülməsi, Bahəddin Həziyevin şikəst olunması kimi...
Ancaq belə olmayacaq, billah olmayacaq. Bunun İlkin Rüstəmzadəsi var, Qiyası, Bayramı var. Tək-tək çıxır e, axırına çıxa bilmirsiniz, bu fidanlar hər tarixdə, hər ildə yetişəcəklər... Əhməd Qaya demişkən, hər anne toprağı dırnaqlayaraq doğurur beni, gözlə məni, bir sabah anne, bir sabah,..acımı süpürmək üçünmü açdın qapımı...