İran etirazlarında atəş açıldı: ölən var

İran etirazlarında atəş açıldı: ölən var
6 Avqust 2018
Mətni dəyiş

İranın Tehran, Kərəc, Eştehard, Qum və Şiraz şəhərlərində rejimə qarşı başlanan kütləvi etirazlar davam edir.

Axar.az xəbər verir ki, etirazların növbəti günündə İranın əsas iki molla mərkəzindən biri sayılan Qumda insanların küçələrə axışaraq, ruhanilərin hakimiyyətinə qarşı şüarlar səsləndirməsi diqqət çəkib.

“Diktatora ölüm”, “İranlı ölər, zillətə boyun əyməz” və “Ey iranlı, öz qeyrətini göstərməyinin vaxtıdır” kimi şüarlar səsləndirən etirazçılar polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin təzyiqinə məruz qalıblar. Polislər gözyaşardıcı qazdan istifadə edib, onlarla aksiyaçını həbs ediblər.

Rza Otadi adlı gənc aksiyaçı isə rejim qüvvələrinin odlu silahdan atəş açması nəticəsində həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun