İlqar Məmmədovun məhkəməsi təxirə düşdü

İlqar Məmmədovun məhkəməsi təxirə düşdü
10 Avqust 2018
Mətni dəyiş

Avqustun 10-da Şəki Apelyasiya Məhkəməsində REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə yeni təhqiqat qeyri-müəyyən müddətə təxirə salınıb.

Rəsmi olaraq, bu, dövlət ittihamçısının gəlməməsi ilə əsaslandırılıb.

Amma fəallar prokurorlu məhkəmə binasında görüblər.

“Turan” İA belə yazır.

İlqar Məmmədovun tərəfdarları hesab edirlər ki, hakimiyyət prosesi Bakıdan çox sayda vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalif siyasətçilərin və Qərb diplomatlarının gəlməsi ilə əlaqədar təxirə salıb.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Amma Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun