"İlkin də Qiyas da vaxt gələcək İlham Əliyevi mühakimə edəcəklər"-VİDEO

"İlkin də Qiyas da vaxt gələcək İlham Əliyevi mühakimə edəcəklər"-VİDEO
3 Avqust 2018
Mətni dəyiş
Avqustun 2-də NİDA Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstәmzadә və Qiyas İbrahimovun ad günləri ilə bağlı Müsavat Partiyasının qərargahında tədbir keçirilib.
Hərəkatından Toplum.Tv-yə bildirilib ki, tədbirin məqsədi məhbuslarla bağlı kitab kampaniyası olub.
O bildirib ki, iştirakçılar məhbuslar haqqında xatirələrini də bölüşüblər.
Tədbirin təşkilatçıları isə hüquqşünas Samirə Ağayeva və jurnalist Tatyana Kruçkina olub.
2013-cü il "Əsgər ölümlərinə son” etiraz aksiyasının təşkilatçısı İlkin Rüstəmzadə xuliqanlıq maddəsi ilə 8 il həbsə məhkum edilib.
O, həbsxanada 26 yaşını qeyd edir.
2016-cı ildə Heydər Əliyevin abidəsinin üzərində "Qul bayramınız mübarək" şüarını yazan Qiyas İbrahimov isə narkotik ittihamı ilə  10 il müddətinə azadlıqdan məhrum edilib.
Avqustun 3-ü həbsxanada 24 yaşını qeyd edəcək.
Beynəlxalq insan haqları təşkilatları onların həbsini siyasi motivli hesab etsə də, Azərbaycan hakimiyyəti bu iddiaları rədd edir.
[embed]https://www.youtube.com/watch?v=uL9-WpXzF7s[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun