Bu gün vicdan məhbusu İlkin Rüstəmzadənin doğum günüdür

Bu gün vicdan məhbusu İlkin Rüstəmzadənin doğum günüdür
2 Avqust 2018
Mətni dəyiş
Bu gün N!DA-çı vicdan məhbusu İlkin Rüstəmzadənin doğum günüdür. Onun 26 yaşı tamam olur və 6-cı ildir doğum gününü məhbəsdə qeyd edir. İlkin Rüstəmzadə 1992-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə həmin şəhərdə 20 nömrəli məktəbdə, daha sonra Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə təhsil alıb. 2009-cu ildə orta məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinə daxil olub. İlkin Rüstəmzadə 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar İsmayıllıya dəstək aksiyalarının Facebook tədbirlərinin idarəçisi kimi sosial şəbəkələrdə aktiv olan şəxslər arasında tanınmışdır. İlkin Rüstəmzadə may ayının 17-ində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) 28.1. (Cinayətə hazırlıq) 220.1(Kütləvi iğtişaş)maddələri ilə ittiham olunub. Belə ki, o “Harlem Shake” videorolikini hazırlamaqda və onu Youtube-da yerləşdirməkdə ittiham olunur. İstintaq bunu xuliqanlıq kimi qiymətləndirib. 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində İlkin Rüstəmzadə barəsində hökm oxunub və 8 il müddətində azadlıqdan məhrum edilib. Beynəlxalq Amnistiya Təşkilatı İlkin Rüstəmzadə "vicdan məhbusu" kimi tanıyıb. [caption id="attachment_3766" align="aligncenter" width="987"] İlkin Rüstəmzadə[/caption]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun