Bu gün onun doğum günüdür

Bu gün onun doğum günüdür
12 Avqust 2018
Mətni dəyiş
43 istiqlalçı deputatdan biri olan Şahmərdan Cəfərov, bu gün onun doğum günüdür. Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975-1977-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib. 1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb. 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb.
O, 1990-cı ildə Şərur rayonundan parlamentə üzv seçilib. 1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib. Bundan təqribən 3 həftə sonra, iyunun 17-si Kələkidən - eks-prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib. İstintaq materiallarına görə beş güllə yarası alıb. İyunun 26-da Bakıya - Şüvəlandakı istitaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustsqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun