Bu gün Aktauda "Xəzəryanı beşlik" liderlərinin sammiti keçiriləcək

Bu gün Aktauda "Xəzəryanı beşlik" liderlərinin sammiti keçiriləcək
12 Avqust 2018
Mətni dəyiş

Bu gün Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçiriləcək.

“Report” xəbər verir ki, sayca V sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, İran lideri Həsən Ruhani, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan lideri Qurbanqulı Berdıməhəmmədov iştirak edəcək.

Görüşün yekununda 1996-cı ildən üzərində iş aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun