Beynəlxalq bank niyə defolt oldu?

Beynəlxalq bank niyə defolt oldu?
24 Avqust 2018
Mətni dəyiş

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) Əliyevlər ailəsinə bağlı olan SilkWay şirkətinin bu dəfə ABŞ-da yeni korrupsiya macaraları haqqında araşdırmanı təqdim edib.

Araşdırmada şirkətin ABŞ Müdafiə departamenti ilə gizli 400 milyon dəyərində müqavilə imzalanmasından, ABŞ-ın İxrac-İdxal Bankı isə şirkətin Boeing kompaniyasından üç 747-8 yük təyyarəsi alması üçün 420 milyon dollarlıq kredit zəmanəti verməsindən bəhs edilir. 2014-cü ildə ABŞ EXIM bankının Silk Way Airlines-a verdiyi 419,5 milyon dollarlıq kredit zəmanətinin maraqlı bir məqamı var. Kredit razılaşmasında deyilir ki, özəl hava şirkəti krediti ödəyə bilməsə, itkini onun səhmdarları deyil, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı ödəyəcək. İndi bildiniz ABB niyə 2015-ci ildə defolt oldu? Ailəyə və yüksək vəzifəli şəxslərə məxsus şirkətlərin böyük həcmdə keredit öhdəliklərinin altına girməsinə görə. Dövlət ABB-in müalicəsi üçün 10 milyard dollardan artıq pul xərcləməli oldu. Haradandır bu pul? Əlbəttə budcədən, vətəndaşın cibindən. Hakim zümrənin biznes əməliyyatlarının bədəlini millət ödəyir.

Cəmil Həsənli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun