Azərbaycana qarşı "sülh göyərçinləri" əməliyyatı keçirilir

Azərbaycana qarşı "sülh göyərçinləri" əməliyyatı keçirilir
3 Avqust 2018
Mətni dəyiş

Arif Hacılı

İndi Ermənistanın Azərbaycana qarşı əsas silahı teatrlaşdırılmış xoşməramlı missiyalar, xalq diplomatiyası, tolerantlıq təbliğatıdır.

Ən yaxın tarixdə təqribən 12 min kv.km ərazimizi işğal etmiş, 1 milyonadək soydaşımızı yurdlarından didərgin salmış, Xocalı soyqırımını törətmiş, 20 mindən çox vətəndaşımızı qətlə yetirmiş bir xalqın alimi də, müğənnisi də, siyasətçisi də, Baş Naziri də sülhdən, dostluqdan, müharibədən əvvəlki münasibətlərin bərpa olunmasından danışır. Paşinyan oğlunu Azərbaycan ərazisində olan qanunsuz silahlı dəstələrdə xidmət üçün göndərməsini belə sülhpərvərlik nümunəsi kimi təqdim edir. Anna Akopyan (Paşinyanın həyat yoldaşı) "Sülh naminə qadınlar" təşkilatı yaradıb, biz sülh istəyirik, bəs siz nə istəyirsiniz?" - deyir. Bütün bunlar Azərbaycan ərazilərində daha bir erməni dövləti yaratmaq planının indiki mərhələyə aid tərkib hissəsidir. Mövcud vəziyyətlə barışmağımıza, ərazilərimizi işğaldan azad etmək üçün təşəbbüs göstərməyimizin, hətta bu barədə danışmağımızın mümkün olmadığı bir mühit yaratmağa çalışırlar. Azərbaycana qarşı "sülh göyərçinləri" əməliyyatı keçirilir. Rusiyanın rəhbər şəxslərinin də erməni müğənisi ilə birgə qatıldığı "JARA” festivalına, "xalq diplomatiyası" adlandırılan məzhəkəyə, ermənilərin müxtəlif ad altında Bakı səfərlərinin təşkilinə etirazlar, zövqlər, tempitamentlər fərqinə aid bir məsələ deyil. Azərbaycana qarşı həyata keçirilən "sülh göyərçinləri" əməliyyatına xalqın müqavimətidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun