Arif Hacılı: "APA tipli qurumlara ehtiyac qalmayıb"

Arif Hacılı: "APA tipli qurumlara ehtiyac qalmayıb"
2 Avqust 2018
Mətni dəyiş
Arif Hacılı ANS kanalı bağlananda böyük kampaniya aparıldı ki, yeganə azad televiziya kanalı bağlanır. Halbuki, o zaman ANS artıq 15 ildən çox hakimiyyətin qulluğunda duran əsas TV kanalı idi. Sonra ANS çilər REAL TV yaratdılar. Eyni adamların buna bağlı hay-küyü daha böyük oldu. İndi APA bloklanıb oxşar kampaniya gedir. Azərbaycanda redaktorlarının, əmək kollektivlərinin əziyyəti, istedadı, bacarığı hesabına yaradılmış yüzlərlə qəzet, jurnal, digər mətbuat orqanları bağlanıb. APA belə mətbuat qurumlarından, hətta ANS dən fərqli olaraq jurnalist heyətinin əziyyəti ilə yox, birbaşa hakimiyyət tərəfindən yaradılıb. Bu tipli mətbuat orqanları yalnız hakimiyyəti müdafiə məqsədi ilə yox, həm də azad mətbuatın sıradan çıxarılmasının vasitələrindən biri kimi yaradılmışdı. Görünür hakimiyyətin "mətbuat siyasəti"ndə şahmat termini ilə desək rakirovkaya ehtiyac yaranıb, indiki mərhələdə APA tipli qurumlara ehtiyac qalmayıb. ... Bəzi dostların jurnalist heyətinin işsiz qalacağı ilə bağlı həyəcanlı yazılarını da oxudum. Çox keçməz ki, Aytəkin Alxaslı kimi bir neçə əməkdaş kənarda qalmaqla bu qurumlarda çalışanların əksəriyyəti REAL TV tipli mətbuat orqanları "yaradacaq" və ya belə mətbuat orqanlarında peyda olacaqlar. Kədərlənməyin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun