Tanınmış Çin təhsil mütəxəssisi Çjao Yunun “Niyə Çin təhsil sistemi dünyada ən yaxşısıdır?” adlı kitabı dünyada rezonansa səbəb olub. Həmin kitabdan maraqlı bir parçanı oxucuların diqqətinə çatdırmaq istəyirəm: “2009-cu ildə Atlantada keçmiş İctimai məktəb inspektoru Beverli Xoll, İctimai məktəb direktorları arasında “yaxşıların yaxşısı təqdimatına görə ” ilin Milli məkəb inspektoru titulunu qazanmışdır. Onu 2010-cu ildə Ağ Evdə Təhsil naziri Arni Dunkan qəbul etmişdir. “Amerika Təhsil Tədqiqatları Assosiasiyası” Xollu “Cəmiyyət qarşısında böyük xidmətlərinə görə” mükafatı ilə təltif etmişdir. Bununla yanaşı, 2010-cu ildə Barak Obama onu “Təhsil Tədqiqatları üzrə Elitar Milli Şura”nın üzvü təyin etmişdir. 2013-cü ildə B. Xoll “rüşvətxorluğa, yalan şifahi və yazılı ifadələrinə, andı pozmasına və korrupsiya fəaliyyətinə” görə Corciya məhkəməsi qarşısında dayanmışdır.ABŞ - da cinayət və korrupsiya fəaliyyətinin təşkilatçıları mafiya rəhbəri kimi qəbul olunurlar. Xoll ümumi rəğbəti Atlanta İctimai məktəblərində testləşdirmənin nəticələrinin əsaslı şəkildə yaxşılaşdırılmasına görə qazanmışdır. Elə buna görə də onu Milli qəhrəman kimi qəbul edirdilər. Aydın olmuşdur ki, bu yüksək göstəricilər şagird hazırlığının yaxşılaşdırılmasının nəticəsi deyilmiş, müəllimlər və məktəb rəhbərliyinə edilən sui-qəsd imiş. Xolla birgə 34 yüksək çinli məmur, Atlantada məktəb direktorları və müəllimlər şagirdlərin testlərinin nəticələrinin dələduzluq yolu ilə “yaxşılaşdırılması” ittihamına görə məhkəmə qarşısında dayandılar. Bu skandala demək olar ki, Atlanta məktəblərinin yarısı, 178 direktor və müəllim cəlb olundu. Testləşdirmənin nəticələrinin yaxşılaşdırılmasına görə Fəxri tutullar və sanballı pul mükafatları alan bu məşhur “qəhrəmanlar” sonradan məlum oldu ki, sənədləri saxtalaşdırmaqla məşğul olurmuşalar. 2012-ci ildə Texas ştatının El Paso müstəqil məktəb dairəsinin inspektoru Lorenso Qarsiya dövlət test imtahanlarından tabeliyində olan məktəblərdə şagirdlərin qiymətlərinin düzəldilməsinə, onların zəif göstəricələrəinin ləğvinə görə 3,5 il müddətində azadlıqdan məhrum olundu. Qarsia iki dəfə Texas ştatınında ilin inspektoru seçilmişdir. Şagird nailiyyələrinin saxtakarlıqla yüksəldilməsi halları Hyüstonda, Los-Anjelsdə, Nyu-Yorkda və Filadelfiada da aşkar edilmişdir. Nəticədə milyonlara günahsız şagirdlər, məktəb sistemində çalışan yaşlı və orta nəslin qurbanına çevrilmişlər. Həmçinin milyonlara insana böyük zərbə dəymişdir. 2012-ci ildə New York Times-da çap olunmuş reportajda deyilir. “İllərlə keçmiç məktəb inspektoru Beverli Xoll tabeçiliyində olanları qorxu içində saxlamışdır. Məktəb direktorlarına deyilmişdi ki, Dövlət test imtahanlarının nəticələri aşağı olarsa, onlar işdən çıxarılacaqlar. Xollun 10 il işlədiyi dövrdə direktorların 90%-i dəyişdirilmişdir. Onun Corciya Ştatının Adminstrativ binasında keçirdiyi iclaslarda yüksək nəticə verən direktorlar qabaq cərgələri tuturmuşalar”. Qəzet yazır ki, vəziyyət o həddə gəlib çatmışdır ki, Xoll cangüdənlə gəzirmiş. Kitabın müəllifi ABŞ təhsil sistemindən fərqli olaraq Çin təhsil sisteminin avtoritar olduğunu vurğulayır: “Buna baxmayaraq, hər bir Çin məktəblisinin aydın və dəqiq məqsədi var və ona doğru irəliləyirlər. Çin müəllimləri və valideynlər dəqiq bilirlər ki, məktəblilərə necə kömək etmək lazımdır. Hökumət isə dəqiq bilir ki, hansı məktəblər daha yaxşı işləyir.” Çin Xalq Respublikasının 5 Universiteti dünyanın 100 aparıcı ali məktəbinin sırasına daxil olub. Çin hökuməti qarşıya məqsəd qoyub ki, onların sayını 10-a çatdırsın. İndi Çin məktəblilərinin biliyi dünyada birinci sayılır. Onlar artıq Sinqapur məktəblilərini də ötürlər. Böyük Britaniyanın Təhsil naziri pedaqoji təcrübəni bölüşmək məqsədilə ingilis məktəblərinə Şanxaydan 60 riyaziyyat müəllim dəvət etmişdir. Məqsəd Britaniya məktəblilərinin riyaziyyat biliklərini və müəllimlərin pedaqoji təcrübəsini artırmaqdır. Müşahidələrimiz göstərir ki, bizim orta məktəblərdə də şagird nailiyyətlərinin saxta yolla “yaxılaşdırılması” halları olub və indi də var. Lakin buna görə heç kim məsuliyyət daşımayıb. Son günlər cəmi bir abituriyentlə bağlı məsələdə gördük ki, buraxılış və qəbul imtahanlarında uşaqların biliklərini qiymətləndirən qurum, sözün əsl mənasında Dövlətə və millətə ləyaqət və şərəflə qulluq edir. Və bu qurum milyonlarla insanın rəğbətini qazanıb.