"Siyasi şiəçilik" tezisi də bu gün və həm də gələcək üçün bir təxribatdır.

"Siyasi şiəçilik" tezisi də bu gün və həm də gələcək üçün bir təxribatdır.
13 İyul 2018
Mətni dəyiş

Nida Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Əbülfəz Qurbanlının Gəncədə baş verən hadisələrlə bağlı mövqeyi:

"Gəncə ilə bağlı məsuliyyət kimin üzərindədir? İran, siyasi şiəçilik kimi iddialardansa, Gəncədə sosial, siyasi, dini narazılıqları önə çəkmək daha məntiqlidir. Əlimizdə fakt yoxdursa, konspiroloji yanaşma işləməyəcək.

Bütün ölkə üçün strateji olan Gəncədə siyasi partiyaların, vətəndaş cəmiyyəti qurumlarının fəaliyyəti sıfıra endirilib. Hətta bir kitab sərgisinin keçirilməsini, paytaxtdan gedib gənclərlə görüşməyi belə Gəncə rəhbərliyi "qanunsuz fəaliyyət" adlandırıb qadağan edib. Bir neçə il qabaq vətəndaş cəmiyyəti nümayəndəsi həbs olunub, bir müddət həbsdən sonra əfv ərizəsi ilə azad buraxılıb. Məhərrimlik mərasimləri toqquşmalarla keçirilib. Dindarından zəhmətkeşinə, ziyalısından iş adamına qədər hər kəs Gəncə rəhbərliyindən əziyyət çəkib. Hələ Naqif Həmzəyev adlı saxta mandatlı birinə Cümhuriyyət qurucularını təhqir etdirməkdən çəkinməyiblər.

Gəncədə baş verənlər bu məhdudiyyətlərin fonunda baş verib. Aksiya elan olunub, amma təşkil olunmayıb. Aksiya narazı gəncəlilərin səsinin ifadəsi olmayıb. Şəhər bütövlükdə polis nəzarətində olub. Elmar Vəliyevin qətli ilə bağlı hüquq mühafizə orqanlarının rəhbərliyi ilk gündən Gəncədə olub. Yəni şəhər tam nəzarətdə olub. Belə şəraitdə 50-60 nəfərin passiv halda toplaşdığı yerdə iki yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi təxribat deyil, nədir?

"Siyasi şiəçilik" tezisi də bu gün və həm də gələcək üçün bir təxribatdır.

Olanlarda "xarici barmaq" axtarmaqdansa Gəncə daxil bütün bölgələrdəki mövcud problemlər həll edilməlidir. Ya da bu şərtlər davam etdikcə məsuliyyət hakimiyyətin üzərində qalacaq."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun