Son günlər Gəncədə baş verən hadisələr barədə susmaq mümkün olmadığı kimi, doğru da deyil! Hadisənin tətikləyici motivinin nədən ibarət olmasından asılı olmayaraq, silahın siyasət meydanında özünə yer tapması hər kəsi düşündürməlidir. Xüsusilə, polis zabitlərinə qarşı baş verən olaylara dəqiq və aydın münasibət bildirilməlidir.
Şübhə yoxdur ki, ölkədə baş verən hər bir irimiqyaslı siyasi hadisəyə polisdən öncə vəzifəsindən asılı olaraq, biz siyasətçilər cavabdehik. Bu baxımdan polisin hansısa aqressiv təxribatın hədəfi olması təəssüf doğurur.
Ümimiyyətlə isə aqressiyanın bir metod kimi siyasətə yol tapması yolverilməzdir. Hakimiyyət də gərək bu qarşılıqlı əks-əlaqə barədə düşünsün! Sivil siyasi mübarizəyəmeydan verilsin!
Polislər də bizim yaxın insanlarımızdan seçilmiş şəxslərdir. Bu gün Azərbaycanda elə ailə tapılmaz ki, polis orqanlarında onun bir yaxını işləməsin. Bu baxımdan, baş verən hadisə heç bir ictimail kinə və qəzəbə səbəb olmamalı, əksinə, dinc mübarizəyə kölgəsalan bu əməllər pislənməlidir.
Bəs günahkarları harada axtarmaq lazımdır? Bu sualın cavabını onu axtarmalı olan qüvvələr daha yaxşı bilir. Bu cür hadisələr heç bir siyasətin ifadəsi ola bilməz və olmamalıdır.
Azərbaycanda azad və ədalətli bir cəmiyyət quruculuğu üçün bundan sonra da illərimi məhbəsdə keçirməyə hazır biri kimi bəyan edirəm ki, heç vaxt çirkli yol təmiz məbədə apara bilməz. Və bu barədə hakimiyyət hamıdan daha çox düşünməlidir!