Emin Aslanın ölkədən çıxışına stop qoyulub

Emin Aslanın ölkədən çıxışına stop qoyulub
18 İyul 2018
Mətni dəyiş

İyulun 18-də hüquqşünas Emin Aslan Gürcüstana gedərkən sərhəddə saxlanılıb. Ona ölkədən giriş-çıxış əməliyyatlarına həbs qoyulduğu bildirilib. Emin Aslana bildirilib ki, stop Daxili İşlər Nazirliyi tərəfindən qoyulub.

Emin Aslan ABŞ-ın Sirakuz Universitetində hüquq sahəsi üzrə təhsilini başa vuraraq bir müddət öncə ölkəyə qayıdıb və  Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. 1 gün ondan məlumat alınmayıb. İyunun 5-də Nərimanov Rayon Məhkəməsi hüquqşünasa İnzibati Xətalar Məcəlləsininin 535.1-ci (Polisin qanuni tələbəinə tabe olmama) maddəsinə əsasən 30 sutka inzibati həbs cəzası verib. İyulun 5-də cəza müddəti başa çatan Emin Aslan sərbəst buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun