Elmar Vəliyevə sui-qəsdlə bağlı 12 nəfər saxlanıb

Elmar Vəliyevə sui-qəsdlə bağlı 12 nəfər saxlanıb
9 İyul 2018
Mətni dəyiş

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, icra başçısına qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanıb.

Həmin şəxslərin Firudin Zeynalov, Cəfər Zalov, Mahir Əzizov, Muraz Əliyev, Hamlet Abdullayev, Fikrət Ələkbərov, Rauf Həsənov, Ramil Paşayev, Seyhun Salahov, Rasim Mustafayev və Elmir Zahidov olduğu bildirilir.

Ötən həftə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Onun yaralı olduğu bildirilir. Bu hadisə zamanı bir polis əməkdaşı da yaralanıb.

Sui-qəsdi Rusiya vətəndaşı olan, Suriyada təlim keçdiyi bildirilən Yunis Səfərovun törətdiyi deyilir. Rəsmi məlumata görə, o terror aktı hazırlayırmış və məqsəd ölkədə xaos yaratmaq olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun