Yevlaxda pambıqçılar zəhərlənib

Yevlaxda pambıqçılar zəhərlənib
21 İyun 2018
Mətni dəyiş

Pambıqçılar növbəti dəfə kütləvi zəhərləndiyi xəbəri yayılıb. 

Kütləvi zəhərlənmiş pambıqçıların Yevlax Şəhər Mərkəzi Xəstəxanasına gətirildiyi deyilir. Hadisə iyunun 20-də baş verib. Yevlax Şəhər Mərkəzi Xəstəxanasından Meydan TV-yə verilən məlumata görə, hadisə Tərtərin Xoruzlu kəndində baş verib, zəhərlənənlərin əksəriyyəti Yevlax sakinləridir. “İşçilər Yevlaxın kəndlərindən yığılıb aparılan muzdlulardır. Sayı 23-25 nəfərdir. Hazırda Yevlax rayon xəstəxanasındadılar. Pambıq sahəsində olub. Amma günəbaxan və qardığalı sahəsındə olmuş kimi rəsmiləşdirmək istəyirlər”, - bunu Meydan TV-yə adının açıqlanmasını istəməyən etibarlı mənbə deyib. “Report”-un məlumatına görəsə hadisə Yevlaxın kəndlərindən birində baş verib. Zəhərlənənlər arasında uşaqlar da var. Hazırda zərərçəkmiş şəxslərin hamısının vəziyyətinin sabit olduğu bildirilir. Zəhərlənmə diaqnozu ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına gətirilən şəxslər bunlardır: Ağakişiyeva Fərqanə (1992) Ağakişiyev Natiq (1976) Vahidova Rövşənə (1984) Muradova Lalə (1986) İsmayılova Ayşən (1985) Məmmədova Rahidə (1973) Əsgərova Lalə (1988) Əliyeva Solmaz (1982) Əliyev Xəyal (1987) Tapdıqova Aynur (1987) Abbasova Süsənbər (1959) Hüseynova Sevinc (1965) Nuriyev Füzuli (1989) Abbasova Rəksanə Qasımov Zəlimxan (2000) Həziyev Rəşad (2001) Allahverdiyev Amil (2005) Sarıyev Ayxan (2002) Hüseynli Ayxan (2004) Vəliyev Hüseyn (2002) Qasımov Samir (2003) Hüseynli Munis (2003) Əlizadə Ülvi (2001) Ağakişiyeva Aysel (2004) İyunun 19-da isə İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib. Rəsmi mənbələr 80 nəfərin zəhərləndiyini desə də, ictimai şəxslər bu rəqəmin 300 civarında olduğunu vurğulayırlar. İlk kütləvi zəhərlənmə isə iyunun 10-da Saatlıda qeydə alınmışdı. Pambıq tarlasında çalışan 26 nəfər işçinin zəhərləndiyi bildirilirdi. Onların kimyəvi dərmanlardan zəhərləndiyi deyilir. Həmin vaxt zəhərlənənlər arasında işçilərə kömək edən polis də olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun