Silahlı Qüvvələinin 100 illiyinə həsr olunmuş hərbi parad keçirilib

Silahlı Qüvvələinin 100 illiyinə həsr olunmuş hərbi parad keçirilib
26 İyun 2018
Mətni dəyiş

İyunun 26-da Bakının əsas meydanında hərbi paradı 2016-cı il aprel döyüşlərində və 2018-ci ilin mayında Naxçıvandakı əməliyyatlarda iştirak etmiş hərbi hissələr açıb.

Daha sonra ölkənin hərbi məktəblərinin kursantları, Türkiyə qoşunlarının bölümü, bir neçə xüsusi təyinatlıların, desant qoşunları və dəniz piyadaların hissələri, DİN-in, Dövlət Təhlükəsizlik Xidmətinin, Sərhəd Qoşunlarının və FHN-in xüsusi təyinatlı birləşmələri keçiblər.

İlk olaraq parada raket, minaatan və digər silah növləri ilə silahlanmış, habelə pilotsuz uçan aparatların məhv edilməsi, kəşfiyyat tədbirlərinin həyata keçirilməsi, zenit sistemləri ilə təchiz edilmiş müxtəlif modifikasiyalı hərbi zirehli avtomobillər çıxıb.

Daha sonra 11 km yüksəklikdən 45 saat ərzində kəşfiyyat aparmaq iqtidarında olan müxtəlif növ və təyinatlı zərbəçi pilotsuz uçan aparatlar keçib.

Artilleriya MSTA, "Pion", TOC-1A, "Angara", "Xrizantema", "Vena", "Dana" özügedən qurğuları və müxtəlif tip toplarla təmsil olunub.

Zenit sistemlərini "Qrad", "Smerç", "Sakariya", "Uraqan" təmsil edib.

Zirehli texnika PDM-2, PDM-3, T-72 və T-90 tankları ilə təmsil olunub.

HHQ sistemlərini "Buk M-1", "C-300", "Barak-8" zenit-raket kompleksləri və "Ekstra", "Polonez", "Lora" orta mənzilli raket kompleksləri təmsil edib.

Aviasiya "Bell 412", Mİ-24, Mİ-35, KA-17, Mİ-8 helikopterləri və SU-25, MİQ 29 təyyarələri ilə təmsil olunub, onlar yüksək pilotaj fiqurları nümayiş etdiriblər.

Təntənəli tədbir F-5 və F-16 qırıcı təyyarələri ilə təmsil olunan Türkiyə aviasiyasının uçuşları ilə yekunlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun