Polis siyasi məhbusların ailə üzvlərini saxlayıb

Polis siyasi məhbusların ailə üzvlərini saxlayıb
15 İyun 2018
Mətni dəyiş

Bu gün siyasi məhbusların ailə üzvlərindən, əsasən qadınlardan ibarət qrup Bakının mərkəzində yürüş keçirib.

Onlar üzərində həbs olunmuş həyat yoldaşlarının və övladlarının rəsmi olan maykalar geyiniblər.

Aksiyada məqsəd adamların qanunsuz həbsdə saxlandığı bir vaxtda milli qurtuluşdan danışmağın mümkün olmadığını göstərmək olub.

Aksiya iştirakçıları yürüşə Sabir bağında başlayıblar. Nizami küçəsinə çatdıqda polis onları saxlayaraq aksiyanın qanunsuz olduğunu bildirib. Sonra onları zorla polis maşınlarına oturdaraq Səbayel rayon 9-cu polis bölməsinə aparıblar.

Onların barəsində şəxsi məlumatları aldıqdan sonra bu gün bayram olduğunu deyərək buraxıblar.

Qadınlar DİN-in binasının yanından keçərkən onları yenidən saxlayıblar. Bundan sonra polis qadınlar dağılışana qədər onları müşayiət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun