Gizir əsgəri öldürdü: Yaxınları yolu bağladı - polis aksiyanı dağıtdı [video]

Gizir əsgəri öldürdü: Yaxınları yolu bağladı - polis aksiyanı dağıtdı [video]
30 İyun 2018
Mətni dəyiş

İyunun 29-da əsgər yoldaşı tərəfindən öldürülən hərbçinin yaxınları və qonşuları 8-ci km bazarının arxasındakı yolu bağlayıblar.

Fizuli köçkünü olan ailə narazılıq edir ki, övlad böyüdüb göndərmişik, öldürüblər, meyitini isə gec və heç nə olmamış kimi geriyə gətiriblər.

Hadisə şahidlərinin sözlərinə görə, polis zor gücünə yolu boşaldıb.

Əsgərin yaxınları iddia edir ki, N saylı hərbi hissənin giziri Murovda odlu silahdan atəş açaraq 1999-cu il təvəllüdlü, 15 ayın əsgəri Turan Mahir oğlu Kərimlini gözündən vurub öldürüb. Hadisənin hansı zəmində baş verdiyi haqda hələki məlumat yoxdur.

Müdafiə Nazirliyi isə bu haqda sualından yayınıb.

https://www.youtube.com/watch?v=1MiWrM_pnuU

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun