Azərbaycan atleti yarışlardan müvəqqəti kənarlaşdırıldı

Azərbaycan atleti yarışlardan müvəqqəti kənarlaşdırıldı
27 İyun 2018
Mətni dəyiş

Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında bildirilir.

Məlumata görə, buna səbəb kimi H.İsmayılovun dopinq testinin müsbət nəticə verməsi və atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izlərinin aşkar olunması göstərilir.

Saytın məlumatına görə, H.İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq.

Eyni zamanda, IWF iş bəyan edir ki, məsələ tam yekunlaşmayana kimi hər hansı açıqlama verməyəcək.

Xatırladaq ki, H.İsmayılov 2017-ci ildə Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun