Avropa Məhkəməsi Əfqan Muxtarlının işini araşdırmağa başlayıb

Avropa Məhkəməsi Əfqan Muxtarlının işini araşdırmağa başlayıb
18 İyun 2018
Mətni dəyiş

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) həbsdəki jurnalist Əfqan Muxtarlının bir neçə epizod üzrə şikayətlərini araşdırmağa başlayıb.

Bu haqda AİHM-in saytı xəbər verir.

Ə.Muxtarlının şikayətləri iki dövlətə - Azərbaycana və Gürcüstana qarşıdır. Onu məhkəmədə Azərbaycandan və Gürcüstandan olan vəkillər qrupu təmsil edir.

AİHM-in məlumatında Ə.Muxtarlının araşdırmaçı jurnalist olduğu vurğulanır. Onun 2017-ci il mayın 29-da həbs olunmasından bəhs edilir.

Avropa İnsan hüquqları Məhkıməsinin araşdırmağa başladığı iş Ə.Muxtarlının həbs olunmasının bir neçə epizodu ilə bağlıdır.

Ə.Muxtarlının Gürcüstandan olan vəkilləri AİHM-ə şikayətlərində bildirirblər ki, jurnalistə münasibətdə Avropa Konvensiyasının 1-ci (İnsan hüquqlarına hörmət olunması öhdəliyi), 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) və 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddələri pozulub.

Bura habelə, Konvensiyanın 8-ci (Şəxsi həyata hörmət hüququ), 10-cu (İfadə azadlığı), 13-cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri aid edilir.

Gürcüstanlı vəkillər həmçinin, Konvensiyanın 4 saylı Protokolunun 2-ci (Hərəkət azadlığı), 7 saylı Protokolun 1-ci (Əcnəbilərin çıxarılması təminatları) və 12 saylı Protokolun 1-ci (Ayrı-seçkiliyin yasaqlanması) maddələrinin pozuntusuna yol verildiyini iddia edirlər.

Jurnalistin Azərbaycanda olan vəkillər isə Azərbaycanda Ə.Muxtarlıya münasibətdə Konvensiyanın 1-ci, 5-ci, 6-cı, 10-cu, 18-ci maddələrinin pozulduğunu vurğulayıblar.

AİHM şikayətlərdəki iddiaları aydınlaşdırmaqdan ötrü

Gürcüstan və Azərbaycan hökumətlərinə, eləcə də jurnalistin vəkillərinə ümumilikdə 12 sual göndərib.

Həmin sualların 6-nı Gürcüstan hökuməti, ərizəçinin vəkilləri, 4-nü Azərbaycan hökuməti və ərizəçinin vəkillər cavablamalıdır. Məhkəmə həmçinin Azərbaycan və Gürcüstan hökumətinin hər birinin cavablamalı olduğu daha 2 sual göndərib.

Sualların detalları açıqlanmır. Mayın 30-da göndərildiyi bildirilən suallara 3 ay ərzində cavab verilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun