AŞPA-nın Azərbaycan üzrə yeni məruzəçisi təyin edilib

AŞPA-nın Azərbaycan üzrə yeni məruzəçisi təyin edilib
28 İyun 2018
Mətni dəyiş

İyunun 28-də AŞPA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni məruzəçini təyin edib.

O, rumıniyalı deputat Florin Predanı əvəzləyib.

Yeni məruzəçi britaniyalı Rocer Geyl olub. Bu barədə Turan-a Monitorinq Komitəsi katibliyinin nümayəndəsi bildirib.

Qeyd edək ki, R.Geyl Monitorinq Komitəsinin rəhbəridir.

Xatırladaq ki, AŞPA üzvlərinin korrupsiyası və lobbiçiliyi ilə bağlı AŞPA-nın yaz sessiyasında qəbul edilmiş sənəddə F.Predanın adı keçir.

Monitorinq Komitəsinin Azərbaycan üzrə digər məruzəçisi avstriyalı Stefan Şennakdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun