ABŞ səfirliyi Qrin Kart-la bağlı məsləhətlər yayıb

ABŞ səfirliyi Qrin Kart-la bağlı məsləhətlər yayıb
5 İyun 2018
Mətni dəyiş

“Azərbaycanda Qrin Kart ətrafında bir çox fırıldaqçılıq və dələduzluq halları baş verir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi facebook səhifəsində bildirib.

Səfrrilik vətəndaşları fırıldaqçıların qurbanı olmamamğa, məlumatları yalnız rəsmi mənbədən almağa çağırır.

“Bütün prosesin 6 əsas addımını təsvir edən faydalı infoqrafiki sizə təqdim edirik. Həmçinin, Qrint Karta həsr olunmuş Konsul ilə video çatı nəzərdən keçirdin. Çat zamanı Qrin Kartda iştirak proseduru və lotereyada udmaq şansınızı təhlükəyə salan və ya şəxsi məlumatınızı oğurlaya biləcək saxta təşkilatlardan özünüzü necə qorumaq barədə məlumatlar təqdim olunub”, səfrilik bildirir.

Videoya bu linkdən daxil ola bilərsiniz: https://bit.ly/2LiqWqM

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun