Səməd və Mirfeyzulla Seyidovların haqqı - Anar Məmmədov

Səməd və Mirfeyzulla Seyidovların haqqı - Anar Məmmədov
19 May 2018
Mətni dəyiş

Anar Məmmədov

AŞPA-nın Prosedur Qaydalar Komitəsinin Səməd Seyidovla bağlı sanksiya qərarına qarşı onun özü və həmkarları bildirirlər ki, sanksiya Azərbaycana qarşı ikili standartların və ədalətsiz yanaşmanın nəticəsidir. Elə bu müzakirələrin getdiyi günlərdə biz siyasi motivlərlə həbs olunan iki vətəndaşmız – AXCP üzvləri Elnur Fərəcovla Mirfeyzulla Seyidovun səhhəti ilə bağlı xəbərlər paylaşırıq. Bu şəxslərdən biri xərçəng, digəri isə ağır böyrək xəstəsidir. Bu insanların səhhəti və sağlıq durumu beynəlxalq təşkilatları, Bakıdakı bəzi səfirlikləri narahat etsə də, dövlət orqanlarını, o cümlədən Seyidov və onun havadarlarını narahat etmir. Ağır xəstəliklə hər gün çarpışan bu insanlar barədə hakimiyyət nümayəndələri humanist və ədalətli davranmaq qabiliyyətini itiribsə, demək ki, bütün növ siyasi sanksiyaları haqq edirlər. Bu situasiya mənə 2013-cü ilin yanvarını xatırladır. O zaman AŞPA-nın sessiyasında Azərbaycanda siyasi məhbuslar məsələsi müzakirə olunurdu. İndi AŞPA-nın araşdırma qrupundan gizlənərək, Fransaya səfər etməyi tərgidən Elxan Süleymanov və digərləri Kristof Ştrasserin hazırladığı hesabatın əleyhinə təbliğat aparırdılar. Hesabat keçmədi və bunu nümayişkaranə şəkildə bayram etdilər. Bəs o zaman AŞPA ədalətli idirmi? Xeyr! Məlum oldu ki, Elxan Süleymanovların apardığı kampaniya sayəsində ölkədə insan hüquqlarının durumu ilə bağlı hesabatın qarşısı alınıb. İndi kimdir ədalətlidir? Ötən 17 ildə AŞPA-da ölkəmizlə bağlı mənfi rəyi yaradanlar, yoxsa Seyidovlara sanksiya tətbiq edənlər? Özünüzdə olmayan ədalətli, başqalarından gözləməyin!

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun