Pambıqçıları daşıyan traktor suya aşdı: 6 ölü [video]

Pambıqçıları daşıyan traktor suya aşdı: 6 ölü [video]
7 May 2018
Mətni dəyiş

Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.

Ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.

***

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayının 6-ya çatdığı bildirilir.

Verilən məlumata görə, qəzada xəsarət alan qadınlardan biri də Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.

Qəzada xəsarət alanlardan bəzilərinin xəstəxanaya yerləşdirildiyi deyilir.

****

Bu gün, mayın 7-də, səhər saatlarında Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfərin xəsarət aldığı deyilir.

Xəbərdə vurğulanır ki, ilkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlar olub.

Traktorun qoşqusunun su kollektoruna aşdığı və qadınların orada boğulduğu bildirilir.

Ölənlərdən 3-nün bir ailənin üzvü olduğu söylənir.

Verilən məlumata görə, traktoru idarə edən Şəhriyar qəsəbə sakini ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə apararkən qəzaya düşüb.

[embed]https://www.youtube.com/watch?v=mciyJggec1U[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun