Ölkə tamamilə şəkər idxalından asılı vəziyyətə düşüb

Ölkə tamamilə şəkər idxalından asılı vəziyyətə düşüb
19 May 2018
Mətni dəyiş

Bu ilin dörd ayı ərzində Azərbaycanda şəkər istehsalı 85,3% azalıb.

Beləliklə, ölkə tamamilə şəkər idxalından asılı vəziyyətə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında 12,5 min ton şəkər və şəkər tozu istehsal edilib. İstehsal göstəricilərinin kəskin azalmasının səbəbini nə DSK, nə də istehsalçılar şərh edir. Əvvəllər “Azərsun Holdinq” MMC-də Turan-a bildirmişdilər ki, onlara məxsus olan İmişli şəkər zavodu qiymət seqmentində idxalçılarla rəqabət apara bilmir. Dövlət Gömrük Komitəsi xarici ticarət əməliyyatlarının üç aylıq göstəricilərini açıqlayıb. Ona əsasən, xaricdən (Ukrayna və Rusiya) 17 437,6 ton şəkər alınıb. Bu dövrdə Azərbaycanın ixrac həcmi 7 min 555 ton, istehsal – 6,8 min ton olub. Ötən ilin birinci rübündə Azərbaycan həm də Braziliyadan 68 min tondan çox xam şəkər gətirildiyini bəyan edib. Qeyd edək ki, Comtrade UN-un məlumatına görə(turan), Azərbaycan Braziliyadan bu xammalın ixrac olunduğu ölkələr arasında yoxdur. Bu ilin birinci rübünün müqayisəli istehsal, idxal və ixracı rəqəmləri qavrayış üçün mürəkkəb bir mənzərə yaradır: üç ay ərzində Azərbaycanda şəkər istehlakı toplam 17 min tondan bir qədər çox olub. Ölkənin 2016-cı il üzrə ərzaq balansına əsasən, ölkədə illik şəkər istehlakı 234 min ton və ya ayda təqribən 20 min ton təşkil edir. Eyni zamanda, pərakəndə satışda heç bir təşviş yoxdur və qiymətlər sabitdir. DSK-nın məlumatına görə, 2017-ci ildə Azərbaycanda 228,1 min ton şəkər və şəkər tozu istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 190,3 min ton azdır. Ağ şəkərin idxal həcmi istehsalın azalmasına uyğun – 190,8 min ton təşkil edib. Eyni zamanda, DGK iddia edir ki, 2017-ci il ərzində 177,8 min ton şəkər xammalı (şəkər qamışı) idxal edilib. Ancaq beynəlxalq mənbələr bu məlumatları təsdiq etmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun