NİDA “Azərbaycan Cümhuriyyəti - 100” adlı intellektual yarış keçirib [foto]

NİDA  “Azərbaycan Cümhuriyyəti - 100” adlı intellektual yarış keçirib [foto]
20 May 2018
Mətni dəyiş

NİDA vətəndaş Hərəkatı “Azərbaycan Cümhuriyyəti - 100” adlı intellektual yarış keçirib.

Müsavat Partiyasının qərərgahında keçirilən yarışda 6 komanda iştirak edib. ReAl Partiyası “Difai”, VHP “Həmrəylik”, AXCP “İstiqlal”, D18 hərəkatı “Spartak”, müstəqil gənclər “Sekulyar fraksiya”, müstəqil gənclər “Hürriyyət” adlı komandalarla təmsil olunurdu. Yarış zamanı Azərbaycan Cümhuriyyəti ilə bağlı 22 sual səsləndirilib. Daha çox suala düzgün cavab verən ReAl-nın “Difai” komandası qalib olub. İkinci yerə “Sekulyar fraksiya”, üçüncü yerə “Spartak” sahiblənib.

Tədbir qaliblərə kubokun təqdim olunması və təşkilatçıların çıxışı ilə yekunlaşıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun